Görəsən, ispaniyalının adı niyə medalçılar sırasında qeyd olunub. Bilirik ki, yarımmüdafiəçi 2021/22 mövsümündə “Qarabağ”dan ayrılıb. Belə olan halda adı siyahıda nə gəzir? Sualımızı klubu baş meneceri Asif Əsgərova ünvanladıq. “Köhlən atlar”ın rəsmisi “Football-plus.az”a açıqlamasında bunları söylədi:
“Burda böyüdüləcək nəsə yoxdu. Sadəcə, texniki səhv olub. Xayme Romeronun adı yanlışlıqla siyahıya əlavə edilib”.
İLKİN SULTANLI


