“Fluminense” rəhbərliyi Felipe Melo ilə müqaviləni yeniləyib.
Braziliya klubunun rəsmi saytının yaydığı xəbərə görə, 40 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2024-cü ilin yayına qədərdi. Felipe Melo “Fluminense”də 2022-ci ildən çıxış edir.
O, Avropada “Malyorka”, “Rasinq”, “Almeriya”, “Fiorentina”, “Yuventus”, “Qalatasaray” və “İnter”də oynayıb.