"Qarabağ" 2 yoxlama matçı keçirdi

18.01.2023 20:50 314
Premyer-liqa / Manşet
"Qarabağ" bu gün son 2 yoxlama oyununu keçirib.

Football-plus.az xəbər verir ki, ağdamlılar Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşıb. Görüş təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Kevin Medina vurub.

"Qarabağ" digər görüşdə Polşa "Poqon"u ilə üz-üzə gəlib. Qarşılaşma "köhlən atlar"ın 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Ağdamlıların qollarını Marko Veşoviç və Abdullah Zubir vurub.