“Sabah” Serbiyaya gedir - ÖZƏL

1.09.2023 18:15 389
İdman / Manşet
Bu mövsüm ölkəmizi FİBA Avropa Kubokunun təsnifat mərhələsində təmsil edəcək “Sabah” basketbol komandasının təlim-məşq toplanışı üçün gedəcəyi ölkə bəlli olub.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, “tələbələr” sentyabrın 6-sı Serbiyaya yollanacaq və 18-nə kimi orda qalacaq. Komanda paytaxt Belqradda bir neçə yoxlama görüşü də keçirəcək. Hazırda rəqiblərin adları dəqiqləşdirilir.

CAVİD ƏLİYEV