• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Alı Alıyev “İrəvan”dan ayrılmasının səbəbini açıqladı - MÜSAHİBƏ

1-ci liqa / Manşet / Müsahibə

8-09-2023, 22:0

“İrəvan” 1-ci liqaya buraxılanda futbol ictimaiyyəti sevinmişdi.

Lakin son günlər klub haqda yayılan məlumatlar həyəcan siqnalına bənzəyir. Xüsusən də yaradıcılardan olan Alı Alıyevin “qırmızı-ağlar”ın ayrılması. “İrəvan”ın sabiq vitse-prezidenti ilə əlaqə saxlayaraq klubda nələrin baş verdiyini öyrənməyə çalışdıq...

- Alı müəllim, nə olub, “İrəvan”dan niyə ayrılmısız? Elə bilirdik ki, yeni kollektiv sizin üçün çox şeyi ifadə edir. Belə erkən ayrılığa nə səbəb oldu?
- Bu sualı mənə yox, Zahid Niyazəliyevə ünvanlasaz, daha yaxşı olar. İzah etmək istəməsə, mən nə vaxtsa başa salaram. Klubun prezidenti həmin şəxsdi. Kimlə işləyir, kimlə işləmir - özü bilər. Özü izah etsin görək.

- Zahid Niyazəliyev sizə dedi ki, Alı Alıyev, klubdan ayrılıb?
- Yox! Mən abır-həyalı adamam. Hadisələrin axarına baxaraq nəticə çıxaran adamam. Təxminən avqustun əvvəlindən də kluba baş çəkmirəm. Nə edir, özü bilər. Klubun həm təsisçisi, həm də rəhbəridi. Zahid bəylə işləmək istəyən onun dedikləri ilə oturub-durmalıdı. Mən də peşəkar insanam. Zahid Niyazəliyev mənə nə deyə, nə öyrədə bilər? Alı Alıyev onlara məsləhət verə bilərdi ki, filan şey belə olsa, daha yaxşıdı. Gördüm ki, müəyyən şeylər düz getmir. Sözümün eşidilmədiyi yerdə durmaq nəyə lazımdı? Saytlardan oxuyuram ki, Nazim Süleymanovu baş məşqçi gətiriblər. Elbrus Məmmədovu mənim təklifimlə işə götürmüşdülər, onunla müqavilə imzalamışdılar. Sonra ləğv etdilər. Amma 3 aya yaxın işlədilər. İyulun 4-dən Elbrus normal komanda formalaşdırdı. Birdən-birə onunla yolları ayırdılar. Bir məşqçi yeni komandaya təyin olunan zaman sabiq çalışdırıcıdan xeyir-dua almalıdı. Elbrus onlardan müqavilə bağlamağı, pulunun verilməsini tələb edib. Bir də “Şamaxı” ilə yoxlama görüşü keçiriblər, 0:3 hesabı ilə məğlub olublar. Elbrus da deyib ki, görürsüz, Zahid müəllim, bizi tapdaladılar. “Şamaxı” “İrəvan”ı hər cəhətdən üstələyib. Nəticə də bunu isbat edir. Elbrus Məmmədov deyib ki, gəlin, təlim-məşq toplanışı keçirək. Bu səbəbdən də onunla yolları ayırıblar. Məşqçi nəsə artıq söz deyib ki? Özünün və futbolçuların əməkhaqqını tələb edib, bir də normal toplanış istəyib. Bunu da qəbul etməyiblər. Bu səbəbdən də komandadan ayrılıb. Nazim Süleymanova böyük hörmətim var. Amma komandaya baş məşqçi təyin olunanda demir ki, Elbrusla nə üçün yolları ayırmısız? Samir Ələkbərovu da köməkçi təyin ediblər. Mən onunla “Xəzər Universiteti”ndə bir yerdə işləmişəm. Bir-birimizi yaxşı tanıyırıq. Bilmir ki, haqq-ədalət var? Allah belə şeyləri qəbul etməz!

- Klubun həkimi Şükür Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, klub ona 700 manat borcludu. Masajçı Elçin Güləliyev də başqa sayta müsahibəsində deyib ki, futbolçulara yemək verilməsində problem çıxıb. Həqiqətən “İrəvan”da vəziyyət bu qədər çətindi?
- Bəli! Şükür Qarabağ qazisidi. Deyib ki, dərman lazımdı, klub prezidenti bildirib ki, al, biz sənə pulu verəcəyik. Deyilən kimi edib. Amma çekləri özündə saxlayıb. Verin də adamın 700 manatını. Bu nə puldu ki? Bundan əlavə, başqa şeylərdən də narazılıq edib. Klubun suyu qurtarmışdı. Futbolçulara krantdan dolduraraq su vermək istəyiblər. Şükür də buna etiraz edib.

- Həqiqətən belə şey okub?
- Bəli! Adi krant suyu verdilər. Belə şey olmaz! Şükür həkimdi. Futbolçunun sağlamlığına cavabdeh olan adamdı. Ona görə də etiraz edib. Yemək söhbəti lap gülməlidi. Nazim, sən neçə yerdə məşqçi işləmisən, futbolçunun hansı əziyyətə qatlaşdığını bilirsən. Onlar normal qidalanmalıdı ki, enerji yığsın. Bir yemək yeyənə ikinci verilmir nədi? Belə biabırçılıq olar? Futbola təzə qanun gətirirsiz? Futbolçular buna etiraz edəndə onlara dəstək olmaqdan deyib ki, hamının evində gündə 1 dəfə yemək bişir də. Mənim evdə nə yeməyimin kimə nə dəxli var? Ordakı uşaqlar sənin başına yığılıb. Bu nə biabırçılıqdı?

- Alı müəllim, bildiyimə görə, Qərbi Azərbaycan İcması klubu maliyyələşdirir. Qurumun rəhbərliyinin son başverənlərdən xəbərləri var?
- Bu barədə çox informasiyam yoxdu. Amma Qərbi Azərbaycan böyük bölgədi. Kimsə klub yaradıb, “bu, bütöv qərbi azərbaycanlılarındı” deyə bilməz. Bunun üçün böyük işlər görmək lazımdı. Məsələn, Zahid Niyazəliyev yaradıb da “İrəvan”ı. Normal iş görə bilirmi? Bunun üçün pul ayırmalıdı. Lakin icmanın kluba sponsorluq etməsi haqda hansısa məlumatım yoxdu. Qurumun konsepsiyasının Qərbi Azərbaycana qayıdışla bağlı olduğundan xəbərim var. Onlara maliyyə hardan gəlir ki, kluba sponsorluq etsinlər? Dövlət tərəfindən kimlərəsə maaş verilir və müəyyən işlər görürlər. Mənə elə gəlir ki, dövlət işində işləyən adamların heç birinə əməkhaqqı verilmir. Onlar ictimai əsaslarla fəaliyyət göstərirlər. Məsələn, Əzim müəllim deputatdı. Nəzarət Komitəsinin sədri Misir Mərdanovdu. Bir sözlə, orda olanların 60-70 faizi ictimai əsasla fəaliyyət göstərir. Çünki çoxunun dövlət işi var və maaş alırlar. Düşünmürəm ki, Qərbi Azərbaycan İcmasının hansısa büdcəsi olsun ki, kluba dəstək versin.

- Alı müəllim, bundan sonra nə etmək fikriz var? Futbol ictimaiyyəti Zahid Niyazəliyevi, sadəcə, “İrəvan”ın prezidenti kimi tanıdı. Lakin siz çoxdan futboldasız. Kənarda qalmaq sizə təsir etmir?
- Yox, mən kənarda qalmamışam. Kimsə mənə “get” deməyib. İdarə Heyətinin sədri Zülfüqar Kazımovdu. Bu layihə başlayanda mənə vitse-prezidentlik təklif olundu. Çünki bu sahəyə bələd adam idim. Mən də təklifi qəbul edərək işə başladım. Amma gördüm ki, Zahidlə iş getmir. Kimlərəsə yaxınlaşır, başqa söhbətlər edir. Burda klubu idarə edəcək adam lazımdı. Amma Zahidlə bu alınan deyil. Özü bilər. Ola bilər ki, həqiqətən uğurlu olacaqlar. Bəlkə uğurlu bütün futbolçular qaçaraq “İrəvan”a gələcək. “İrəvan” mənim üçün doğmadı. “İrəvan” mənim üçün ən əziz addı. Xanlığın bayrağı klubun emblemi idi. Bu, əvəzolunmaz bir iş idi. Amma mən irəvanlıyam deyə müəyyən şeylərə göz yummalıydım? Yox! “İrəvan” hamının komandası ola bilərdi. “Qarabağ” bunu becə bacardısa, biz də edə bilərdik. Hamımız ölkə başçısının ətrafında birləşərək Qarabağı aldıq. Bu tarixi hadisəni də heç vaxt unutmayacağıq. Hər oyunda da 44-cü dəqiqədə azarkeşlər qələbəmizi yad edirlər.

- Alı müəllim, pul verilmirsə, klubun gələcəyi necə olacaq?
- Elbrus sırf pul yoxdu deyə dəstəsi ilə birgə getdi. Doğru da etdi. Klubun büdcəsində pul olmalıdı. Ancaq AFFA-nın verdiyi 30 minlə klub olar? Mənə deyirlər ki, yolda 4 min itib. Hara yox olub? Guya top alıblar. Federasiya topu pulsuz verir axı. Belə şey olar? Ölkə başçısının futbol sahəsində baş verən proseslərdən xəbəri var. Kim necə işləyirsə, ona uyğun da dəyər görəcək. Dövlət liqaya uyğun olaraq pul ayırıb. “İrəvan” da burda 10 ay ərzində ümumilikdə 300 min manat alacaq. Bu heç komandanın heyətinə bəs etmir. Klubun İdarə Heyətində nə qədər adam var, heç onların maaşına bəs etmir. “İrəvan” 1-ci liqanın ilk turunda Zaqatalaya yollanacaq. Komandanın səfər xərclərini kim çəkəcək? Belə klub idarə etmək olmaz. Orda Zülfüqar müəllim təcrübəli adamdı. Yəqin ki, ölçüb-biçirlər hər şeyi.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

10-07-2023, 22:0

"İrəvan" güclü heyət formalaşdırır

1-ci liqa / Manşet

16-07-2023, 21:0

"İrəvan" bu jurnalistləri məhkəməyə verə bilər - AÇIQLAMA

Aktual / 1-ci liqa

2-09-2023, 18:0

"İrəvan" belaruslu qolkiperi transfer etdi

Ölkə futbolu / Manşet

6-09-2023, 15:0

Xanımı klub prezidentindən polisə şikayət etdi - AZƏRBAYCANDA ŞOK HADİSƏ

1-ci liqa / Manşet / Müsahibə

14-07-2023, 20:0

Zahid Niyazəliyev: “Əminəm ki, cənab Prezident bu stadionun adını dəyişərək “İrəvan Arena” edəcək”

Ölkə futbolu / Manşet

11-05-2023, 17:0

Bu klub çempionat oyunlarını BOS-da keçirmək istəyir - AÇIQLAMA

Aktual
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” Bəxtiyar Həsənalızadə belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
Son xəbərlər
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” Bəxtiyar Həsənalızadə belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 242
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə