• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zahid Niyazəliyev: “Əminəm ki, cənab Prezident bu stadionun adını dəyişərək “İrəvan Arena” edəcək”

1-ci liqa / Manşet / Müsahibə

14-07-2023, 20:0

2023/24 mövsümündən 1-ci liqada iştirak edəcək yeni komandalardan biri də “İrəvan”dı.

Qərbi Azərbaycan təmsilçisi artıq indidən kollektivi formalaşdırır. “Qırmızı-ağlar”la bağlı mediada və ictimaiyyətdə fərqli məlumatlar dərc olunur. Bəziləri qeyd edir ki, klubun büdcəsi böyük olacaq və komanda bu mövsüm çempionluğa oynayacaq. “İrəvan”la bağlı detallı informasiya əldə etmək üçün klubun prezidenti Zahid Niyazəliyevlə danışdıq.

- Klubun yaranma səbəbi və məqsədi nədi?
- “İrəvan”ı yaratmaq rusiyalı iş adamı olan qardaşım Vahid Niyazəliyevlə birgə mənim ideyamdı. 2019-cu ildə klubu təsis etdik. Özümüz əslən İrəvanlıyıq. Zəngəzur mahalında doğulub-böyümüşük. 1992-93-cü illərdə Ağdamda döyüşərkən valideynlərim arxamca gələndə, onların hər ikisini ermənilər güllələmişdi. Yəni atamla anam şəhiddi. Düşündük ki, Ali Baş Komandanımız İlham Əliyevlə vitse-prezidentimiz Mehriban xanım Əliyeva siyasi arenada düşmənlərimizlə mübarizə aparırsa, biz də futbol klubu yaradaq. İstəyirik ki, gələcəkdə İrəvanda mənfur düşmənlərimizin komandalarını “İrəvan” olaraq darmadağın edək. Ümid edirəm ki, cənab Prezidentin rəhbərliyi ilə İrəvan geri qaytarılacaq. Biz də ev oyunlarımızı doğma şəhərimizdə keçirəcəyik. Klub prezidenti olaraq futbolda uğur əldə etmək arzusundayam. Allah ömür versin ki, Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasını qazanan komanda olaq.

- Yəni bu qədər iddialısız?
- Bəli, hədəflərim böyükdü. Avropanın ən böyük klub turnirinin qalibi olmaq istəyirəm. Mənim xırda kuboklarla işim yoxdu (gülür).

- Bildiyimiz qədər əsas dəstəkçiniz Qərbi Azərbaycan İcmasıdı.
- Bəli. Cənab Prezident İlham Əliyevin idmana qayğısının bir parçası da bizə düşür. Fürsətdən istifadə edərək Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili, professor Əziz Ələkbərliyə də təşəkkür edirəm. O da köməyini bizdən əsirgəmir. Əlindən nə gəlirsə, komandamıza dəstək olur.

- Belə bir məlumat var ki, 5 il ərzində büdcəniz 20 milyon manat olacaq. Həqiqətən belədi?
- Bildiyiniz kimi, 1-ci liqa təmsilçilərinə dövlət tərəfindən 300 min manat ayrılıb. Bundan əlavə, sponsorumuz var. Deyilən qədər olmasa da, büdcəmiz yüksəkdi. Çox güclü komanda formalaşdırmaq istəyirik.

- Oyunları “ASK Arena”da keçirəcəksiz. Bu məkan daimi sizin olacaq?
- Hələ ki bir il burdan istifadə edəcəyik. İnşallah, gələcəklə bağlı böyük layihələrimiz var.

- Stadionun adını dəyişərək “İrəvan Arena” edəcəksiz? Yoxsa başqa məkanda yenisini inşa etdirəcəksiz?
- Əminəm ki, cənab Prezident bu stadionun adını dəyişərək “İrəvan Arena” edəcək.

- Bununla bağlı hansısa quruma müraciət etmisiz?
- Xeyr. Amma hiss edirəm ki, Ali Baş Komandan “ASK Arena”nı bizə ərmağan edəcək.

- Komandanın məєqini izlədik. Heyətə yetərincə təcrübəli futbolзu cəlb etmisiz. 1-ci liqada hədəf nə olacaq?
- Heyətə yaxşı futbolçular dəvət etmişik. Amma bunlarla kifayətlənməyəcəyik. Daha güclü kollektiv formalaşdıracağıq. Hədəfimiz ancaq premyer-liqaya vəsiqə qazanmaqdı. Baş məşqçimiz Elbrus Məmmədovun qarşısında bu şərti qoymuşam. Ona inanıram, həmişə də arxasındayıq. Peşəkarlığına güvənirik. Əlimizdən nə gəlirsə, dəstək olacağıq.

- Bakıda və Azərbaycanın digər bölgələrində 1 milyona yaxın qərbi azərbaycanlı yaşayır. Həmin şəxsləri azarkeş kimi cəlb edə biləcəksiz? Dəstək baxımından problem olmayacaq?
- Əlbəttə, yox. Sizi inandırıram ki, “İrəvan” futboldan incimiş büten azarkeşləri stadionlara qaytaracaq.

- Bununla bağlı layihələriniz var?
- Qərbi azərbaycanlılar bizimlə əlaqə saxlayır. Sosial şəbəkə hesablarımıza müraciət edirlər. Hamısı da bildirir ki, komandanı dəstəksiz qoymayacağıq. İnşallah, oyunlar başlasın, necə azarkeşlərimizin olduğunu görəcəksiz.

- Komandada ancaq yerli futbolçular olacaq, yoxsa legionerlər də cəlb edəcəksiz?
- Hazırda düşərgəmizdə nigeriyalı futbolçu var. Bu, Osaqie Bobbi Enduransdı. Baş məşqçimiz yarımmüdafiəçini yoxlayır. Əlaqədə olduğumuz menecerlər var. Bizə əcnəbi futbolçular təklif edirlər. Ən azı iki legioneri heyətə cəlb edəcəyik.

- Gələcəkdə klubun nəzdində akademiya olacaq?
- Akademiya və baza tikdirmək niyyətindəyik. Çalışacağıq ki, premyer-liqa səviyyəsində klub formalaşdıraq. Futbolumuzu inkişaf etdirmək istəyiriksə, akademiyadakı uşaqlara önəm verməliyik. Futbolçunu öz içimizdən yetişdirməyilik. Aşağı yaş qrupları üzrə komandalar formalaşdıracağıq. Rəhbər olaraq bir arzum var. Akademiyamızın açılışına türkiyəli gənc futbolçu, “Fənərbaxça”dan “Real”a transfer olunan Arda Güləri gətizdirəcəm.

- Akademiyanın tikintisini nə vaxta planlaşdırırsız?
- 2 il ərzində akademiyamız premyer-liqada çıxış edən klublarınkı səviyyəsində olacaq. Artıq işlərə başlamışıq.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

10-07-2023, 22:0

"İrəvan" güclü heyət formalaşdırır

Ölkə futbolu / Manşet

11-05-2023, 17:0

Bu klub çempionat oyunlarını BOS-da keçirmək istəyir - AÇIQLAMA

Ölkə futbolu / Manşet

28-05-2023, 16:0

“İrəvan”, “Araz” və “Karvan”a kim qoşulacaq?

Manşet / Müsahibə

27-06-2023, 14:0

Elbrus Məmmədov: “İrəvan”ın heyətində tanınmış, təcrübəli oyunçular yer alacaq” - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

6-03-2023, 17:0

Azərbaycan futbolunda növbəti biabırçılıq

Aktual
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
"Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
Son xəbərlər
  • Bu gün, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Bu gün, 18:00
    Klublarımız 3-cü təsnifat mərhələsinin qapısını aralaya biləcəkmi? - YENİLƏNİR
  • Bu gün, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Bu gün, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Bu gün, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Bu gün, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Bu gün, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Bu gün, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Bu gün, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Bu gün, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Bu gün, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Bu gün, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Bu gün, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Bu gün, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Bu gün, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Bu gün, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Bu gün, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Bu gün, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Bu gün, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Bu gün, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Bu gün, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 184
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə