Misli premyer-liqasının 5-ci turunun "Sumqayıt" - "Neftçi" oyunu bitəndən sonra arenanın işıqları söndü.
Bunun səbəbini aydınlaşdırmaq üçün "kimyaçılar"ın mətbuat katibi Zaur Xudiyevə müraciət etdik:
"Elektrik xətlərində müəyyən gərginlik yaranmışdı. Bu işlə məşğul olanlar bunun qarşısını almaq üçün projektorlardan ikisini söndürmək istəyiblər. Amma iş elə gətirib ki, hamısı səhvən söndürülüb. Yəni texniki səbəbdən bu hal baş verib. "Neftçi" azarkeşləri qeyd edir ki, güya onlara acıq vermək üçün belə hala yol vermişik. Amma tam səmimi deyirəm ki, bunun rəqibin azarkeşləriylə heç bir əlaqəsi yoxdu, ola da bilməz. Bu sərf texniki səbəbdən baş verib”.
ABDULLA İSMAYILOĞLU