Şamaxıda PFL-in himni niyə səsləndirilməyib? - AÇIQLAMA

11.02.2023 18:02 381
I liqa
AFFA İntizam Komitəsi "Şamaxı-2"ni 80 manat cərimələyib.

Buna səbəb 1-ci divizionun 16-cı turunun “Şamaxı-2” - “Turan Tovuz-2” oyunundan əvvəl PFL-in himninin səsləndirilməməsidi.

"Football-plus.az" saytı olaraq bunun səbəbini klubun mətbuat katibi Yusif Hüseynovla söhbətdə aydınlaşdırdıq:

"Həmin anda kiçik texniki problem yaranmışdı. 3-4 dəqiqə sonra aradan qaldırıldı. Amma artıq himni səsləndirmıyə gecikmişdik".

ABDULLA İSMAYILOĞLU