Türkiyə çempionatında yeni mövsümün ilk 3 turunda istefa xəbəri olmamışdı. Amma 4-cü turdan sonra artıq 2 məşqçi işini itirib.
"Football-plus.az" xəbər verir ki, əvvəlcə ''İstanbul BŞ'' Əmrə Belözoğlu ilə yollarını ayırdı.
Dünən isə ''Qaziantep''dən də istefa xəbəri gəldi və Ərdal Günəşin bu klubdakı dönəmi başa çatdı. İstefaların məhz bu klublarda reallaşması təsadüfi deyil. Çünki bu mövsüm aktivində hələ də xal olmayan 2 kollektiv məhz ''İstanbul BŞ'' ilə ''Qaziantep''di. 41 yaşlı Günəş bu vəzifəyə mayın 24-də gəlmişdi. Bu, onun müstəqil məşqçi kimi ilk təcrübəsi idi. ''Qaziantep'' bu mövsüm ''Fənərbaxça''ya (1:2), ''Sivasspor''a (1:3), ''Konyaspor''a (0:2) və son olaraq ''Qalatasaray''a (0:3) məğlub olub.
ƏLİ