Hemilton yeni müqaviləni nə vaxt imzalayacaq?

27.06.2023 19:10 240
İdman
“Mersedes”in pilotu Lüis Hemilton bu komanda ilə yeni müqavilə imzalamağa yaxındı.

“Football-plus.az” xəbər verir ki, yeni müqavilənin iyulun 7-9-u aralığında keçiriləcək Böyük Britaniya “Qran-pri”si ərəfəsində elan olunması gözlənilir.

Cari mövsümdə 102 xal toplayan Hemilton şəxsi hesabda 4-cü yerdədi. “Mersedes” isə Mühəndislər kubokunda 167 xalla 2-ci pillədə qərarlaşıb.