“Formula-1”in ən məşhur komandalarından “Mersedes” aparıcı pilotu Lüis Hemiltonla bağlı təkzib bəyanatı yaymalı olub.
İş ondadı ki, Fransa mətbuatı son günlərdə Almaniya komandasının britaniyalı pilotla yeni müqavilə ilə bağlı danışıqlara başlaması haqda maraqlı xəbər yayıb. Guya Hemilton illik 70 milyon avro maaş nəzərdə tutan ikiillik müqavilə tələb edir. Üstəlik onun tələbləri sırasında komandadan rəsmi səfiri statusu almaq da var. Yəni pilot 10 illiyə “Mersedes”in səfiri olacaq, bunda görə də 250 milyon avro alacaq. “Mersedes” bütün bu xəbərləri yalan sayıb, komandanın rəhbəri Toto Volff isə hələ danışıqların başlamadığını bildirib. Xatırladaq ki, britaniyalı pilotun Almaniya komandası ilə müqaviləsinin müddəti ilin sonunda bitəcək.