“Neftçi”nin legioneri milliyə çağırıldı

8.06.2023 17:06 202
Ölkə futbolu
“Neftçi”nin müdafiəçisi Solomon Kverkveliya Gürcüstan milli komandasına dəvət olunub.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Avro-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 17-də Kipr, 20-də isə Şotlandiya ilə keçiriləcək səfər matçlarına çağırılıb.

Qeyd edək ki, Kverkveliya Gürcüstan milli komandasının heyətində 48 oyunda meydana çıxıb.