Diniyev 200-ə çatdı

8.10.2022 15:25 365
Premyer-liqa
Coşqun Diniyev premyer-liqada 200-cü oyununu keçirib.

Onun yubileyi 9-cu tura təsadüf edib. “Zirə” – “Şamaxı” matçına start heyətində çıxan 27 yaşlı yarımmüdafiəçi bu qarşılaşmayadək 199 görüşdə forma geyinib. O, premyer-liqadakı 200 matçda 9 qol vurub.

Coşqun bu oyunlardan 34-nü “Zirə”də keçirib. Yarımmüdafiəçi klubumuzda 3 qola imza atıb.