“Qəbələ”nin məşqçisi: “Oyunçularımızın bilərəkdən özlərini yerə atdıqlarını kinayə ilə dedi”

1.09.2023 15:57 249
Aktual / Ölkə futbolu
Premyer-liqanın 4-cü turunun "Neftçi" - "Qəbələ" oyununun 38-ci dəqiqəsində qonaqlardan Emil Səfərov yerdə qalsa da, meydan sahibləri hücumlarını davam etdirdi. Yalnız Kristof Atanqana topu tutandan sonra hakim oyunu saxlamaq üçün fitini çaldı.

Bu zaman Ahmet Ayzaya ilə Ervin Koffi arasında mübahisə başladı. Amma tezliklə də bitdi. Lakin bundan sonra "ağ-qaralar"ın futbolçusu Yuri Matias ilə "Qəbələ"nin köməkçi məşqçisi Xəqani Məmmədov arasında qarşıdurma yarandı. Elmar Baxşıyevin araya girməsiylə ara sakitləşdi. Olayla bağlı Xəqani Məmmədov bunları dedi:

"Matias məşqçilər korpusunun yer aldığı ehtiyat skamyaya yaxınlaşaraq, oyunçularımızın bilərəkdən özlərini yerə atdıqlarını kinayə ilə dedi və mübahisəmiz başladı. Amma tezliklə bitdi. Əsas olan da budu. Böyüdüləcək nəsə yoxdu".


ABDULLA İSMAYILOĞLU