"Qəbələ" onunla müqaviləni uzatdı

24.06.2023 16:50 248
Ölkə futbolu
"Qəbələ" futbolçusu Omar Hani ilə yeni müqavilə imzalayıb.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, iordaniyalı yarımmüdafiəçi ilə müqavilə daha 1 il müddətinə uzadılıb.

Qeyd edək ki, O.Hani 2021-ci ilin sentyabrından "Qəbələ"də oynayır.

Xatırladaq ki, "Qəbələ" bundan əvvəl İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev, Emil Səfərov, Elmar Baxşiyev (baş məşqçi), Ülvi İsgəndərov, Kristof Atanqana, Asif Məmmədovla müqaviləni uzadıb.