“Qəbələ”nin üzvü emosiyalarını saxlaya bilməyib - AÇIQLAMA

13.05.2023 20:10 260
Premyer-liqa
Misli premyer-liqasının 33-cü turunun "Qarabağ" - "Qəbələ" matçının 56-cı dəqiqəsində künc nöqtəsində Məqsəd İsayevlə Leandro Andrade mübahisə etdi.

Hətta "qırmızı-qaralar"ın futbolçusu legioneri itələdi də. Baş verən olayla bağlı Məqsədin açıqlaması belə oldu:

"Oyunun gedişində belə hallar olur. Emosiyalarımı saxlaya bilmədim və rəqiblə mübahisə baş verdi. Tezliklə də bitdi. Böyüdüləcək nəsə yoxdu".


ABDULLA İSMAYILOĞLU