• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şahin Diniyev: “Sözün düzü, indi buna çox peşmanam, kaş ki...” - MÜSAHİBƏ

Manşet / Müsahibə

1-09-2023, 11:0

“Səbail” yeni mövsümə ortabab başlayanlar sırasındadı. Bayıl təmsilçisi 4 turdan sonra turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Komanda indiyə qədər “Sumqayıt”a 1:4, “Zirə”yə 1:2 uduzubsa, “Neftçi”ylə heç-heçə edib (1:1). İlk qələbəsinə isə son oyunda “Turan Tovuz”u məğlub etməklə (3:1) imza atıb. “Dənizçilər” ötən mövsüm zəif oyun göstərdi, demək olar ki, son tura qədər komandanın taleyi tükdən asılı idi. Şahin Diniyevin komandası mövsümü aşkar autsayder kimi bitirdi. Yaşananların bir daha təkrarlanması həm klub, həm də azarkeşlər tərəfindən arzuolunan deyil. Bunun nəticəsidi ki, komanda yay fasiləsində 90 faiz yeniləndi. İndi “Səbail”i uzun və gərgin mövsüm gözləyir.

"Football-plus.az" olaraq baş məşqçi Şahin Diniyevlə söhbətdə hədəflərə, görüləcək işlərə və gözləntilərə aydınlıq gətirəcək məsələlərdən danışdıq.

- Premyer-liqada ilk 4 qarşılaşma geridə qaldı. Düzdü, nəticələr və futbolçuların performansı haqda dəqiq fikir söyləmək üçün yetərli müddət deyil. Amma durumla bağlı ümumi fikirləriniz maraqlıdı...
- Düz vurğuladın. Hələ ki futbolçularla bağlı yekun söz demək üçün çox tezdi. Bilindiyi kimi, heyət, demək olar ki, tam yenilənib. Bir çox oyunçunun uyğunlaşması və formasını tapması üçün daha bir neçə matç lazımdı. Onlara futbol fəlsəfəmizi anlatmağa, lomandam haqda danışmağa tələsmirəm. Yaxşı cəhətlər olduğu kimi, qane etməyən vəziyyətlər də var. Həm hücumda, həm də müdafiədə çatışmazlıqlar nəzərə çarpır. İnanıram ki, qarşıdakı həftələrdə istədiyim futbolu nümayiş etdirə biləcəyik.

- Azarkeşlər yenilənmiş heyətin sabit oyun tərzinə yiyələnməsi və uyğunlaşmanın tamamlanması üçün nə qədər gözləməlidi?
- Məncə, 6-cı turdan sonra ağı qaradan seçmək olacaq. Onu deyim ki, bəzi futbolçular artıq potensialıyla bağlı müsbət mesaj verir. Məsələn, ilk turda “Sumqayıt”la oyunda 4 qol buraxdıq. Sözün əsl mənasında qələbəni rəqibə hədiyyə etdik. Həmin qolların qarşısını almaq rahatlıqla mümkün idi. Yaxşı ki, zamanla ciddi səhvlərin əksəriyyətini aradan qaldırdıq. Düzdü, bəzi səhvlər futbolun bir hissəsidi. Amma bunların üzərində çalışmasaq, vacib xallar itirə bilərik.

- “Səbail” ötən mövsüm legionerlər üzündən əziyyət çəkdi. Əksəriyyətinin doğru seçim olmadığı bəlli idi ki, klub yay fasiləsində çoxunu yola saldı. İndi 8 yeni əcnəbiylə anlaşmısız. Son 4 oyun onlar haqda hansı fikri formalaşdırıb?
- Legioner mövzusunda çox rahatam. Mərhum futbolçu Şəhriyar Rəhimovla idman direktorumuz Zamiq Hüseynovun bu yöndə dəqiq addımlar atdığına əminəm. Şəhriyarın 300-dən çox oyunu əvvəldən axıra qədər izlədiyini, oyunçuları təhlil etdiyini Tovuzda demişdim. Sözün düzü, indi buna görə çox peşmanam. Kaş ki, ona o qədər əziyyət verməzdik. Mən baş məşqçi kimi, sadəcə, bəzi epizodlara baxıb fikir yürüdürdümsə, o qat-qat artıq çalışırdı. Bu mövsüm əcnəbi futbolçularla bağlı ciddi problem yaşayacağımızı zənn etmirəm. Matçlarda çıxış etdikcə formaya düşürlər. Səhvlər xeyli azalıb. Dediyim kimi, iki-üç tur sonra daha ciddi işlər görəcəklər.

- Son oyun mövsümün ilk qələbəsini qazanmaq baxımından əlamətdar oldu. Ümumiyyətlə, “Turan Tovuz”la oyun bir çox cəhətdən yadda qaldı. Oyundan əvvəl favoritin adını çəkmək çətin idi. Hər iki tərəfin qələbə üçün əsaslı səbəblərini sadalamaq olardı. Amma oyun “Səbail”in aşkar üstünlüyü ilə müşahiə olundu. Bəlkə oyunun Şəhriyar Rəhimova həsr edilməsi komandada xüsusi ab-hava yaratmışdı? Yoxsa “Turan Tovuz”la oyunu geridönüş nöqtəsi saymaq olar?
- Bütün amillər vacib rol oynadı. Futbolçularım tapşırıqlardan kənara çıxmadı. Əksinə, üzərinə öz fərdi ustalıqlarını əlavə edib yaxşı oyun göstərdilər. Ayxan Abbasov güclü komanda formalaşdırıb. Tovuzluları evdə məğlub etmək çətin məsələdi. Ordakı azarkeş dəstəyi yüksək səviyyədədi. Sevindirici haldı ki, ağır təzyiq fonunda sona qədər təmkinlə öz oyunumuzu göstərə bildik. Hətta daha çox qol vura bilərdik. Epizodlar buna imkan verirdi.

- Gələn həftə “Səbail”i “Qarabağ”la çətin sınaq gözləyir...
- Elədi ki, var. “Qarabağ”ın təkcə adı bəsdi ki, komandam motivasiyalı olsun. Güclü heyətə qarşı mübarizə aparacağıq. Məqsəd bütün oyunlarda olduğu kimi qələbə qazanmaqdı. “Köhlən atlar” hazırda iki cəbhədə ciddi sınaq qaşısındadı. Təkcə Azərbaycanda yox, Avropada ad-san qazanmış rəqibdi. Futbolumuzu müxtəlif ölkələrə tanıdan klubla görüşə, təbii ki, yaxşı hazırlaşmaq lazımdı. Qalan vaxtı yaxşı dəyərləndirməliyik.

- “Turan Tovuz”la oyunda mövsümün ən iddialı performansını göstərdiz. “Qarabağ”la matçda da həmin “dənizçilər”i izləyə bilərik?
- Məhz “Turan Tovuz”u təhlil edəndən sonra düşündük ki, bu tərzdə oynasaq, qələbə ehtimalı daha çoxdu. Hər komandanın öz oyunu var. Eyni tərzlə hamısını məğlub etmək həmişə alınmır. Ağdam təmsilçisinə qarşı necə mübarizə aparmaq lazımdısa, elə də oynayacağıq.

- Yay “transfer pəncərəsi”nin bağlanmasına az qaldı. Hansısa futbolçu transferi gözləyək?
- Yox. Komandanın komplektləşdirilməsi başa çatıb. Fövqəladə vəziyyət olmasa, yenilik gözlənilmir.

- Rəhbərlik tərəfindən qarşınıza konkret hədəf qoyulub?
- Deyilməyib ki, mütləq Konfrans Liqasına vəsiqə qazanılmalıdı. Amma hədəfsiz futbol oynamaq mümkün deyil. Komanda olaraq, əlimizdən gələni edəcəyik ki, yüksək yerlərdən birində qərarlaşaq. Bu ilk “dördlük” də ola bilər, daha aşağı da. Hər şeyi zaman göstərəcək. Əsas məqsədimiz yaxşı futbol oynayıb qazandığımız nəticələrlə azarkeşləri sevindirməkdi. İndiki məqsəd isə çatışmazlıqları tezliklə aradan qaldırıb ümumi vəziyyətdə sabitlik yaratmaqdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

1-05-2023, 13:0

“Dənizçilər”in limana sağ çıxacağına ümid azdı - TƏHLİL

Premyer-liqa

28-12-2022, 19:0

Şahin Diniyevlə bağlanan müqavilənin detalları açıqlandı

Premyer-liqa / Manşet

19-05-2023, 21:0

Autsayderlərin azarkeşləri əsas suala son turda aydınlıq gələcəyini düşünür - AÇIQLAMALAR

Dünya futbolu

27-03-2023, 22:0

Üçüncü dövrədə zəiflər arasında ən güclü “Kəpəz”di! - TƏHLİL

Ölkə kuboku / Manşet

22-12-2022, 19:0

Şahin Diniyev: “Neftçi” və “Qəbələ” həm təcrübə, həm də potensial baxımından finala yaxın görünür”

Premyer-liqa / Reportaj

24-05-2023, 18:0

“Sumqayıt” rəsmiləşdirdi, iki suala aydınlıq gəlmədi – TURUN ŞƏRHİ – TURUN ŞƏRHİ

Aktual
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
“Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
Son xəbərlər
  • Bu gün, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Bu gün, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
  • Dünən, 18:01
    “Kəpəz” azarkeşləri bu şəhərdən olmayan mütəxəssis istəmir? – “Xəmsə”nin rəhbərindən açıqlama
  • Dünən, 17:32
    Dünya çempionu yaşıl meydana qayıdır
  • Dünən, 17:01
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Dünən, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Dünən, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Dünən, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Dünən, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Dünən, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Dünən, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Dünən, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Dünən, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Dünən, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Dünən, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Dünən, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Dünən, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Dünən, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Dünən, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Dünən, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Dünən, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 248
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə