Joao Enrike: "Bu gün "Qarabağ"dan daha yaxşı oyun sərgilədik" - ÖZƏL MÜSAHİBƏ

31.08.2023 23:02 3 164
Aktual / Müsahibə
"Qarabağ" Avropa Liqasının pley-offunda "Olimpiya" (Lyublyana) ilə heç-heçə edərək (1:1) qrup mərhələsinə vəsiqə qazandı.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Joao Enrike yenə media mənsublarının önünə çıxmadı. Lakin cəhd göstərərək portuqaliyalı mütəxəssislə söhbətləşə bildik...

- Oyun haqda fikirlərinizi bilmək istərdik...
- Maraqlı qarşılaşma idi. Nəticə istədiyimiz kimi olmadı. Çətin oyun oldu.

- Sloveniyadakı oyundan sonra heç nəyin bitmədiyini söyləmişdiz...
- Bəli. Bu görüşdə qalib gələ bilərdik. Bu gün "Qarabağ"dan daha yaxşı oyun sərgilədik. Lakin nəticə istədiyimiz kimi olmadı. Futbolçularım sona kimi mübarizə apardı. İlk oyundakı nəticə "Qarabağ"ın işinə yaradı.

- Bu gün qələbə qazanmamağınıza səbəb nə idi?
- Fürsətlərdən yararlana bilmədik. Bundan başqaə, hakim qərarları oyunumuza təsir etdi. Penalti epizodunda VAR-a gedildi. Düşünürəm ki, bu qərar yanlış idi. Bu səbəbdən də oyunda istədiyimiz nəticəni əldə edə bilmədik.

- Üç gündü ölkəmizdəsiz. Bakı haqda nələr söyləyə bilərsiz?
- Əla şəhərdi. Gözəl mənzərəsi və təbiəti var. İlk dəfə burda olurduq. Heyf, qələbə qazana bilmədik.

CAVİD ƏLİYEV