• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mahmud Sadıqov Vitali Borisovda səhv tapdı: “Qapı Emin Kürdova əmanət edilsə, bəlkə başqa nəticə qazana bilərdik”

İdman / Manşet

31-08-2023, 17:0

“Araz-Naxçıvan” futzal üzrə Çempionlar Liqasında mübarizəni dayandırdığını yazmışdıq. Xatırladaq ki, ilkin mərhələnin iki matçında rəqiblərini darmadağın edən komanda (“İstanbul Şişli” - 9:1, “Yan Regensburq” - 5:0) həlledici görüşdə “Riqa”ya böyük hesabla məğlub oldu – 3:8. Komanda əsas mərhələyə yüksələcək 9-cu komanda ola bilərdi. Buna isə “Amiqo Severozapad” (Bolqarıstan) mane oldu. Adı çəkilən komanda təmsilçimizi 7 top qabaqlayaraq şansı sıfıra endirdi. Ötən sayımızda “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisovla söhbətdə bir çox məqama aydınlıq gətirmişdik. Mütəxəssis həm komandadan narazılığını dilə gətirdi, həm də hakimin qərəzli münasibətindən bəhs etdi. Bilindiyi kimi, naxçıvanlıların bu mövsüm üçün Avropa xəyalları böyük idi. Hətta məqsədə çatmaq xatirinə baş məşqçi dəyişikliyi də baş tutmuşdu. Jose Alesio da Silva yola salınmışdı ki, Borisov son çempionun əvvəlki ad-sanını qaytarsın. Lakin planlar fiasko ilə nəticələndi.

Qeyd olunanlar haqda mövqeyini öyrənmək üçün dünən “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqova müraciət etdik. Klub rəsmisinin fikirlərinə keçid alaq:

“Təbii ki, planlar başqa idi. İndi hər kəs məyusdu. Baş məşqçimiz Vitali bəylə birlikdə oyunları təhlil edirik. Niyə belə oldu, qələbə üçün nə çatmadı, harda səhv etdik, çatışmazlıqları necə aradan qaldıra bilərik kimi suallara cavab axtarışındayıq. İlk iki oyunda möhtəşəm nəticələr əldə etdik. Sonuncu matça da yaxşı başlamışdıq. Görüşün ikinci hissəsində futzalçılar oyundan qopdu. Çox maraqlı məqamdı. Düzdü, bu tipli qarşılaşmalarda istənilən amilə görə səhv etmək an məsələsidi. Amma bir var texniki, bir də var qərəzli səhv... Hazırda bu məsələ üzərində araşdırmalar aparırıq. Heç kim düşünməsin ki, oyunçularımıza inanmırıq. Qətiyyən belə deyil. Əksinə, bir bir ailəyik. Üzvlərimizn hər biri istər performans, istərsə də mənəvi keyfiyyətlər baxımından yüksək səviyyəli şəxsiyyətlərdi. Lakin hər ehtimala qarşı bütün detalları incələyirik”.


Mahmud Sadıqov Vitali Borisovun hakimliklə bağlı fikirləri haqda bunları dedi:

“Bəli, baş məşqçimiz haqlıdı. Lakin qətiyyən bunu bəhanə etmək niyyətində deyilik. Hakim qərəzinə istənilən idman növündə rast gəlmək mümkündü. Bunu əldə bayraq etməyi özümüzə yaraşdırmışıq. Oyunun gedişində “ədalət təmsilçisi”nin qərəzli mövqeyini gördük və dərhal bu haqda hakim-inspektora məlumat verdik. Hətta UEFA komissarı da başverənləri müşahidə etdi. Hakim-inspektor başda olmaqla əksəriyyəti qərəzliliyin olduğunu bildirdi. Ümid edirik ki, UEFA bununla bağlı hansısa tədbir görəcək”.


Mahmud bəy Vitali Borisovun baş məşqçi kimi fəaliyyətini belə dəyərləndirdi:

“Vitali təcrübəli mütəxəssisdi. Ona güvənirik. İlk iki oyunda qısa müddət hazırlaşaraq yaxşı nəticə əldə etməyin mümkünlüyünü bizə sübut etdi. Həmin matçlar haqda başqa söz demək uyğun olmaz. Amma son görüşdə deyərdim ki, hər şey daha fərqli olmalıydı. Məsələn, qapı Emin Kürdova əmanət edilsə, bəlkə başqa nəticə qazana bilərdik. Emin bacarıqlı futzalçılardandı. Bilindiyi kimi, həm də millimizin kapitanıdı. Qapı kimi önəmli mövqe haqda yanlış qərar vermək həmişə fəlakətə səbəb ola bilər. Lakin ümumilikdə Vitalidən razıyıq. Ümidimiz tükənməyib. Əminik ki, növbəti mövsüm hər şey daha yaxşı olacaq”.


“Araz-Naxçıvan”ın iki özbəkistanlı futzalçı transfer etdiyini xəbər vermişdik. Bunlar Husniddin Nişonov və Dilşod Rahmatov idi. Vitse-prezidentdən adı çəkilənlərin aqibətini də soruşduq:

“Onları 20 günlük icarə əsasında heyətə cəlb etmişdik. Xüsusilə Nişonov təcrübəsi ilə bizə çox kömək edə bilərdi. Təəssüf ki, viza problemi üzündən heç birini Latviyaya apara bilmədik. Hazırda icarə müddətləri bitib və Özbəkistana qayıdıblar. Ola bilər ki, qış fasiləsində, ya da növbəti mövsüm Nişonovu birdəfəlik transfer edək. Onun oyun tərzi və təcrübəsi mükəmməldi”.


Sadıqov nəticələrlə bağlı atılacaq addımlar barədə də danışdı:

“Hər üç oyunun köklü təhlilindən sonra klubdaxili iclas keçirəcəyik. Yekun qərarlar həmin toplantıda veriləcək. Xüsusilə son oyunda yaşananların diqqətli təhlilindən sonra futzalçıların aqibətinə aydınlıq gələcək. Bizi qane etməyənlərlə yolları ayıracağıq. Çempionlar Liqası kimi önəmli turnirdə kobud səhvə yer yoxdu. Bu həm bir mövsümlük əziyyəti yerə vurmaqdı, həm də komanda yoldaşlarına böyük haqsızlıq...”


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

İdman / Manşet

26-08-2023, 20:0

ÇL: "Araz-Naxçıvan" qrupda qaldı - YENİLƏNİB

İdman

18-08-2023, 11:0

"Araz-Naxçıvan"ın ÇL üçün heyəti

İdman

5-07-2023, 17:0

Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub

Manşet / Müsahibə

29-08-2023, 12:0

Vitali Borisov günahı hakimlərin boynuna atdı - MÜSAHİBƏ

İdman

18-07-2023, 16:0

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın oyunlarının təqvimi

Aktual

24-07-2023, 16:0

Vitali Borisov Latviya çempionundan çəkinir

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
Daha çox
Oxunub: 152
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 88
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə