• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vitali Borisov günahı hakimlərin boynuna atdı - MÜSAHİBƏ

Manşet / Müsahibə

29-08-2023, 12:0

Futzal üzrə Çempionlar Liqasında ilkin mərhələnin oyunları sona çatdı.

“Araz-Naxçıvan” qrupda qaldısa, 9 komanda əsas mərhələyə yüksəlməyi bacardı. Bilindiyi kimi, Azərbaycan çempionunun məqsədi ölkəmizin Avropadakı nüfuzunu bərpa etmək idi. Lakin həlledici matçda “Riqa”nın darmadağın etdiyi komanda (3:8) mübarizəni dayandırdı.

"Football-plus.az" olaraq, “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisovla söhbətdə uğursuzluğun səbəblərini öyrənməyə çalışdıq.

– İlk iki matçda yaxşı nəticə əldə edərək azarkeşləri sevindirmişdiz. Son oyunda ağır məğlubiyyət yaşadız. Qələbəyə nə mane oldu?
- Sözün düzü, ilk iki rəqib “Riqa”ya nisbətən asan idi. Onları planlarımıza tabe etməkdə çətinlik çəkmədik. Rahat qələbələr qazandıq. “İstanbul Şişli” həvəskar komanda idi. Deyərdim ki, heyətlərində tam professional futzalçılar iştirak etmirdi. “Yan Regensburq”a gəlincə, bu komandaya daha çox qol vura bilərdik. Gözlədiyimdən daha zəif çıxış etdilər. “Riqa” ilə matçda isə çoxlu səhvə yol verdik. İlk hissədə daha yaxşı çıxış etmişdik. Ümidim var idi. Sonradan çatışmazlıqlar özünü biruzə verdi. Məncə, başlanğıcdakı oyunumuzu davam etdirsəydik, qələbə qazana bilərdik.

- Komandanın Latviya çempionuna qarşı hər iki hissədə mübarizə aparmağa qadir olmadığını deyə bilərik?
- Xeyr. Fiziki cəhətdən özümüzü yaxşı hiss edirdik. Bütün ehtimallara hazırlıqlı getmişdik. Məncə, ikinci yarıda hakimin qərəzli qərarları komandanı ruhdan saldı. Amma məğlubiyyəti məhz bununla əlaqələndirmirəm. Başqa çatışmazlıqlar da var idi.

- Xatırlayıram ki, klub rəhbərliyi təyinatınla bağlı danışanda oyunçuların seçimində sərbəst olduğunu və kimi istəsən, sərəncamına gətirəcəyini demişdi. Bu baş tutmadı? Yoxsa transferlər zamanı uğursuz qərarlar verdin?
- Yeni futzalçıları üç oyunla qiymətləndirmək istəmirəm. Amma bütün oyunçularım qane edir desəm, yalan olar. Ümid edirəm ki, səhvlər, sadəcə, bir oyunluq idi. Qarşıdakı matçlarda bu yöndə davamlılıq gördüyüm üzvlərlə sağollaşacam. Rəhbərliyə gəlincə, tam razıyam. Seçdiyim oyunçuları transfer etdilər. Bəziləri alınmadı ki, bu da maliyyə ilə bağlı deyildi. Onlar başqa klublara söz vermişdilər. Əlavə pul təklif etsək də, razı olmadılar.

- Avqustun əvvəlində iki özbəkistanlı futzalçı - Dilşod Rahmatov və Husniddin Nişonov transfer edildi. Lakin Çempionlar Liqasının iştirak ərizəsində adlarına rast gəlmədik...
- Təəssüf ki, onları Latviyaya apara bilmədik. Hər ikisinə çox güvənirdim. Təcrübəli oyunçulardı. Bizimlə 20 gün məşq etmişdilər. Özlərini yaxşı tərəfdən göstərirdilər. Son anda vizayla bağlı problem yaşadıq. Deyərdim ki, onlar “Riqa”ya qarşı çıxış etsəydilər, nəticə fərqli ola bilərdi.

- “Araz-Naxçıvan” rəhbərliyi nəticələrlə bağlı sizə nə dedi? Bu mövsüm Avropada ciddi hədəflər haqda danışılmışdı.
- Hələ ki görüşməmişik. Çox güman sabah nəticələri müzakirə etmək imkanımız olacaq.

- Hədəflərlə bağlı dəyişiklik və ya yeni planlarla bağlı qərar gözlənilir?
- Yox, hədəflərimiz dəyişilməz qalır. Yeni mövsümdə də çempion olub bu dəfə yarıda qoyduğumuz işi tamamlamağa çalışacağıq.

- Komandanın komplektləşdirilməsi prosesi tamamlanıb?
- Bəli. Seçimlər yekunlaşıb. Qış fasiləsinə qədər nə ayrılıq, nə də transfer olacaq. Bildiyimə görə, fasilədə növbəti mövsüm Çempionlar Liqasında iştirak edəcək heyəti formalaşdırmağa başlayacağıq.

- DÇ-2024-ün elit mərhələsinin başlamasına da az qalıb. Həm də yığmanın baş məşqçisi olduğunuzu nəzərə alsaq, planlar necədi?
- Yaxın günlərdə Bakıda məşqlərə başlamaq istəyirik. Ruminiya, Niderland və Qazaxıstan kimi çətin rəqiblərlə üz-üzə gələcəyik. Heyəti çox ciddi formalaşdırmaq lazımdı. Onu deyim ki, yığmada daha “Araz-Naxçıvan”ın üzvlərinə üstünlük verilməyəcək. Çalışacam ki, digər təcrübəli futzalçıların da xidmətindən yararlanım. Ümumiyyətlə, DÇ-2024-də minimum 2-ci yer uğrunda mübarizə aparacağıq. Seçimləri hədəfə uyğun etmək mütləqdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

İdman / Manşet

26-08-2023, 20:0

ÇL: "Araz-Naxçıvan" qrupda qaldı - YENİLƏNİB

İdman

5-07-2023, 17:0

Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub

İdman

18-07-2023, 16:0

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın oyunlarının təqvimi

Ölkə futbolu

22-08-2023, 21:0

“Məqsədimiz “Araz-Naxçıvan”ın əvvəlki nüfuzunu geri qaytarmaqdı”

İdman

18-08-2023, 11:0

"Araz-Naxçıvan"ın ÇL üçün heyəti

İdman

25-08-2023, 15:0

“Araz-Naxçıvan”ın ÇL-dəki oyununa hakim təyinatları

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 18:45
    Kukurelya hara üz tutacaq?
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 298
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 176
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə