“Ayaks”ın yarımmüdafiəçisi Məhəmməd Kudus “Vest Hem”ə keçməyə yaxındı.
"Football-plus.az" xəbər verir ki, londonlular 23 yaşlı qanalının keçidini razılaşdırıb.
Onlar Amsterdam klubuna dərhal 41,5 milyon avro, üstəlik bonuslar şəklində daha 3 milyon ödəyəcək. Bundan başqa, futbolçunun gələcək satışından da “Ayaks”a 10 faiz pay çatacaq.
Kudus 2020-ci ildən “Ayaks”ın şərəfini qoruyur. 23 yaşlı qanalı ötən mövsüm bütün turnirlərdə keçirdiyi 42 oyunda 18 qol vurub, 7 məhsuldar ötürmə verib.