“Yuventus” və “Ayntraxt” arasında ikinci transfer əməliyyatı reallaşıb.
"Football-plus.az" xəbər verir ki, Frankfurt klubundan 17 milyon avroya Filip Kostiçi alan İtaliya nəhəngi Luka Pelleqrinini Almaniyaya yollayıb. 23 yaşlı müdafiəçi karyerasını icarəyə əsasında “Ayntraxt”da davam etidrəcək. Onunla müddəti 2022/23 mövsümününün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Pelleqrini ötən mövsüm A seriyasında meydana çıxdığı 18 matçda 1 məhsuldar ötürmə edib.