• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hazırda Şahruddinə yönələn təzyiqləri yersiz sayıram” - MÜSAHİBƏ

Aktual / Müsahibə

30-08-2023, 15:0

"Zirə" 4-cü turda "Sabah" üzərində qələbə qazanmaqla liderliyini bir qədər də möhkəmləndirdi. Qəsəbə təmsilçisi uğurlu seriya cızır.

"Football-plus.az" olaraq, komandanın təcrübəli qapıçısı Anar Nəzirovla "Sabah"la oyundan sonra söhbətləşdik.

- Anar, komandan ardıcıl 4-cü qələbəsini qazandı. Bu haqda nə deyərdin?
- Ötən mövsüm qarşımıza qoyulan hədəfə çata bilməmişdik. Ona görə də yeni mövsümə daha inamlı, əzmlə hazırlaşmışdıq. Buna rəğmən, belə uğurlu start gözləmirdik. Amma hər oyunda meydanda qoyduğumuz mübarizə, sərgilədiyimiz oyun, qələbələr bizə güclü motivasiya verir. Həmçinin heyətə qoşulan legionerlər də oyundan-oyuna daha yaxşı uyğunlaşırlar.

- 4 tur arxada qalsa da, hələlik şans qazana bilməmisən...
- Heyət sabit çıxış edir. Bu üzdən qalib heyəti dəyişmək məntiqli deyil. Bundan başqa, kimin qapıda şans qazanıb-qazanmayacağına baş məşqçi qərar verir. Odu ki, Rəşad müəllim nə vaxt mənə ehtiyac duysa, komandam üçün əlimdən gələnin yaxşısı edəcəm. Eləcə də kənardan "Zirə" üçün dəstəyimi əsirgəməyəcəm.

- Həmkarın Şahruddin Məhəmmədəliyev son vaxtlar çox tənqid olunur, səhvlərə görə artıq "Qarabağ"ın əsas heyətində də yerini itirib. Yığmanın qolkiperinin uğursuz çıxışı haqqında nə deyərdin?
- Şahruddini yaxından tanıyan biri kimi deyirəm və nöqtə qoyuram ki, o, bütün söz-söhbətə uğurlu oyunu ilə son qoyacaq

- Səncə, tənqidlər obyektiv deyil?
- Yerində tənqidlər həmişə lazımdı. Amma hazırda Şahruddinə yönələn təzyiqləri yersiz sayıram. Heç bir futbolçu stabil formada ola bilməz. O cümlədən də Şahruddin. Dünyanın ən güclü qolkiperləri də səhvlər edir. Heç kim səhvlərdən sığortalanmayıb. Şahruddin "Qarabağ"da və millimizdə "1 nömrə" olmağı üçün çox əziyyətlər çəkib. Ona görə bir daha vurğulayıram ki, dağıstanlı həmkarımın hələ gözəl oyunları irəlidədi.

- "Qarabağ" heyətinə təcrübəli Andrey Lunyovu qatdı. Bu qərar Şahruddini bir qədər də kənarda qoymayacaq?
- Qətiyyən! Şahruddin rəqabəti sevən biridi. Odu ki, rusiyalının gəlişi yalnız onun xeyrinədi. Andrey Lunyova gəlincə, yetərincə təcrübəli, güclü qapıçıdı. Rusiya kimi güclü çempionatda da özünü təsdiq edib. Lunyov tək "Qarabağ"a yox, çempionatımıza da rəng qatacaq. Düşünürəm ki, nə qədər premyer-liqamıza sanballı legiolerlər, o cümlədən qapıçılar gəlsə, bunun yerli futbolçularıın inkişafına da faydası var.

- Oyundan sonra çox coşqulu və şən idin. Hətta "Zirə"nin bayrağını da azarkeşlər önündə dalğalandırdın.
- Bildiyiniz kimi, çoxdan "Zirə"dəyəm. Klubumuzun, futbolçuların azarkeşlərlə möhkəm bağlılığı var. Bugünkü qələbəmizin sevincini fanatlarımızla qeyd etmək istədim. Ona görə də onların xahişini yerinə yetirərək klubun bayrağını dalğalandırdım.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual

22-03-2023, 17:0

"Bu gün gənc Yusifə şans vermək daha məntiqli olar"

Ölkə futbolu / Manşet

21-09-2022, 14:0

Əmirquliyev “Səbail”in tam komplektləşmədiyini düşünür - MÜSAHİBƏ

Premyer-liqa / Manşet

19-08-2023, 23:0

"Gərgin mübarizə qabaqdadı" - Rəşad Sadıqov

Aktual / Müsahibə

13-07-2023, 13:0

Kamal Bayramov üçün nə vacib deyil? - MÜSAHİBƏ

1-ci liqa

6-04-2023, 13:0

Nonsens: komandası iki oyuna 6 xal qazanıb, amma narazıdı - AÇIQLAMA

Aktual
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Son xəbərlər
  • Bu gün, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Dünən, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 10:00
    London klubunu tərk etdi
  • 6-06-2026, 23:0
    A seriyasında istefa
Daha çox
Oxunub: 711
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 247
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 153
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə