• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əmirquliyev “Səbail”in tam komplektləşmədiyini düşünür - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

21-09-2022, 14:0

Premyer-liqada çıxış edən 10 komandanın hər birinin heyətində təcrübəli futbolçular yer alıb.

Onlardan biri də 33 yaşlı Rahid Əmirquliyevdi. Millinin sabiq üzvü 2018-ci ildən "Səbail" də çıxış edir. Təcrübəli futbolçu ilə komandasının son 7 turdakı çıxışı, az şans qazanması, yığmanın qarşıdakı oyunları və başqa mövzular ətrafında söhbət etdik.

- "Səbail" 7 turdan sonra 5 xalla 7-ci pillədə qərarlaşıb. Çıxışınızı necə qiymətləndirərdin?

- Arxada qalan 7 turda maraqlı oyunlar keçirdik. Həm yaxşı, həm də zəif keçirdiyimiz görüşlər oldu. Səhvlərimizdən, bəxtsizlikdən vacib xallar itirdik. Fikrimcə, daha yuxarı yerlərdə ola bilərdik.

- Şans qazanmamağın nə ilə bağlıdı?

- Baş məşqçinin qərarıdı. Nə vaxt şans versə, çıxıb oynayacam. Mənim dəyişməz mövqelərimdən biri də həmişə məşqçinin qərarlarına hörmət etməkdi.

- Təcrübəli futbolçunun start heyətində olmaması komandaya təsirsiz ötüşmür. Düşünmürsən ki, şans qazansaydın, nəticələr fərqli olardı?

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Start heyətini baş məşqçi açıqlayır. Mahmud müəllimin ölkə futbolunda özünə görə ağırlığı var.

Çempionatımızda çıxış edən futbolçuların keyfiyyətinə də yaxşı bələddi. Məni komandada saxlayıbsa, deməli, nə vaxtsa faydalanacaq. Qeyd etdiyim kimi, şans veriləcəyi təqdirdə komandam üçün əlimdən gələni əsirgəməyəcəm.

- Sən olmayanda komandanı meydana Ağabala Ramazanov çıxarır. Necə düşünürsən, o kapitan kimi işinin öhdəsindən gəlir?

- Komandanın əsas kapitanı mənəm. Ağabala Ramazanovla Emil Balayev vitse-kapitanlardı. Hər ikisi təcrübəli futbolçudu. Ağabala "Zirə"də də kapitan idi. Yəni onun yetərincə təcrübəsi var və işinin öhdəsindən yaxşı gəlir.

- Ötənilki heyətlə hazırkı arasında fərq çoxdu. "Səbail"in tam komplektləşdiyini düşünürsən?

- Heyətimizdə xeyli dəyişiklik oldu. Deyərdim ki, komanda yenidən quruldu. Yeni transferlərimiz olan legionerlər səviyyəli futbolçulardı, hər biri komanda fayda verəcək potensiala sahibdi. İstənilən kluba yeni oyunçular cəlb olunanda uyğunlaşmaq, özünü yaxşı tərəfdən göstərmək üçün müəyyən vaxta ehtiyac olur. 7 tur arxada qalsa da, hələ tam komplektləşmədiyimizi düşünürəm. Amma növbəti oyunlarda daha yaxşı çıxış edəcəyimizə inanıram.

- Qarşıya hansı hədəflər qoyulub?

- Yüksək hədəflər qoyulmayıb. Yəni “mütləq avrokuboklara vəsiqə qazanmalısız” tələbi yoxdu. Oyundan-oyuna daha yaxşı çıxış edərək, maksimum irəliləmək istəyirik. Təbii ki, hər bir futbolçunun, kollektivin, klubun istəyi yüksək yerlər uğrunda oynayıb qitəmiqyaslı turnirlərdə iştirak etməkdi. Yaxşı çıxış etməklə irəli gedəcəyiksə, niyə də avrokuboklar üçün oynamayaq?!

- Sabiq komandan "Qarabağ" mövsümə çox yaxşı başlayıb. Ölkə çempionatında bəzən 2-ci heyətlə oynasa da, maksimum nəticə göstərib. Sənə elə gəlmir ki, klublar "köhlən atlar"la matçlara uduzacaqlarına əminmiş kimi çıxırlar?

- Şübhəsiz, "Qarabağ" premyer-liqanın aşkar favoritidi, 9 ildi sabit şəkildə avrokubokların qrupunda oynayır. Qurban müəllimin komandasında 1-ci və ya 2-ci heyət anlayışı yoxdu. Orda çıxış edən hər futbolçu səviyyəlidi və hər mövqedə güclü rəqabət var. Odu ki, "Qarabağ" ölkə çempionatında bütün komandalardan bir baş üstündü. Amma komandaların son çempionla oyuna məğlub düşüncədə çıxdığını düşünmürəm. Mövsümdə ilk oyunumuzu ağdamlılara qarşı keçirdik. Uduzsaq da, qorxaq futbol oynamadıq, hətta qol da vurduq. Eynilə 6-cı turda azlıqda qalmağımıza rəğmən, "Sabah"ın necə döyüşdüyünü qeyd etmək istərdim. Güclü "Qarabağ"la oynamaq ayrıca motivasiyadı və belə oyunlar futbolçularımızın və futbolumuzun inkişafı üçün faydalıdı.

- Uzun illər millinin şərəfini qorumusan. Qarşıda 2 ağır oyun var. Qrupdan çıxmaq baxımından cüzi şans qalır. Həmin matçlar haqda nə düşünürsən?

- Açığı, millimiz turnirə uğursuz başladı. Ardıcıl iki məğlubiyyətlə işimizi çətinə saldıq. Növbəti iki oyunda isə 4 xal qazandıq. Bizi səfərdə güclü Slovakiya və evdə qrup lideri Qazaxstan ilə ağır oyunlar gözləyir. Düzdü, inam sonda ölür. Amma real yanaşsaq, qrupdan çıxmağımız möcüzəyə qalıb. Hər iki matçda qələbə qazansaq da, gərək Qazaxıstanla Slovakiya maksimum xal itirsin. Bu isə inandırıcı deyil. Düşünürəm ki, millimiz növbəti seçmə mərhələyə daha yaxşı hazırlaşacaq və qrupdan çıxacaq.

- Artıq 33 yaşın var. Oynamaq eşqin, gücün qalıb, yoxsa cari mövsümdən sonra karyeranı bitirəcəksən?

- İstənilən futbolçu üçün karyerasını bitirmək çox çətindi. Hər futbolçu istəyər ki, maksimum çox oynasın və zəngin karyera qoyub getsin. Təbii ki, yaş, fiziki hazırlıq, güc, mənəvi-psixoloji vəziyyət və başqa nüansların da təsiri böyükdü. Hələ ki Səbail"lə birillik müqaviləm var, mövsüm də yeni başlayıb. Növbəti matçlarda şans qazanacağıma inanıram. Çempionat yekunlaşanda duruma baxacağıq. Amma hələ ki gücüm və sağlamlığım yerindədi, oynamaq istəyirəm.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-09-2022, 23:0

Kamal Bayramov niyə ehtiyatda oturur? - AÇIQLAMA

Premyer-liqa

9-09-2022, 21:0

“Baş məşqçinin seçiminə uyğun gəlmirdim” - “Kəpəz”in debütantı

Ölkə futbolu / Manşet

2-06-2022, 20:0

“Şans həmişə var" - AÇIQLAMA

Aktual
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Son xəbərlər
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Dünən, 16:27
    Ayxan Hüseynov "Zirə"də
  • Dünən, 15:56
    "Xankəndi" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:32
    UFC həyəcanı Dənizkənarı Bulvarda: açıq məşq və fan-zona təşkil olunacaq
  • Dünən, 15:13
    Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi oldu
  • Dünən, 14:59
    Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
  • Dünən, 14:38
    "Real"ın yetirməsi "Araz-Naxçıvan"da
  • Dünən, 14:17
    "Turan Tovuz" Ayxan Hüseynovla vidalaşdı
  • Dünən, 13:56
    “Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
  • Dünən, 13:25
    Messi DÇ tarixinin ən məhsuldar oyunçusudu!
  • Dünən, 12:54
    Mikels mövsümün ən yaxşı oyunçusudu!
  • Dünən, 12:22
    “Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 237
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 228
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 206
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə