Azərbaycanlı hakim Avropa çempionatının oyunlarını idarə edəcək

29.08.2023 10:31 187
İdman
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək.

"Football-plus.az" xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, o, B qrupunun qarşılaşmalarında ədaləti qoruyacaq.

Bolqarıstanın ev sahibliyi edəcəyi qrupda mübarizə bu gün başlayacaq. Bolqarıstanla yanaşı, Xorvatiya, Finlandiya, Sloveniya, İspaniya və Ukrayna yığmaları B qrupda yer alıblar.