“Arsenal”ı müvəqqəti tərk edəcək

27.08.2023 12:21 215
Dünya futbolu
Kiran Tirni “Arsenal”ı müvəqqəti tərk edəcək.

“Football-plus.az” xəbər verir ki, o, karyerasını İspaniyada davam etdirəcək. 26 yaşlı müdafiəçi “Real Sosyedad”a keçəcək. İnsayder Matteo Morenonun verdiyi məlumata görə İngiltərə və İspaniya klubları Tirninin birillik icarəsi ilə bağlı razılığa gəliblər.
Kiran “Arsenal”da 2019-cu ildən çıxış edir. O, londonluların formasında premyer-liqada meydana çıxdığı 91 oyunda 3 qol vurub.