“Arsenal”ın ABŞ turnesinə yollanan heyəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, siyahıda Tomas Partinin adı yoxdu. Bu isə səbəbsiz deyil. Qanalı yarımmüdafiəçinin bu yay London klubunu tərk etmək ehtimalı var. Onun Səudiyyə Ərəbistanının adı çəkilməyən klubu ilə danışıq apardığı xəbər verilir.
Tomas “Arsenal”ın formasını 2020-ci ildən geyir. 30 yaşlı futbolçu ötən mövsüm premyer-liqada meydana çıxdığı 33 oyunda 3 qol vurub.