Xatırladaq ki, "İdman” TV oyunu tamaşaçılara 70-ci dəqiqədən sonra təqdim edə bildi. Bu, böyük biabırçılıq, ölkədə ciddi əks-səda doğuran hadisə idi. Təbii ki, klub rəhbərliyi də hadisənin axarından narazıdı. Hətta o dərəcədə ki, cavab görüşünü "İdman” TV-nin yayınlanmasını istəmir, "CBC Sport"la danışıq aparır. Ağdam klubu oyunun bu kanalda nümayiş olunmasını istəyir. Məsələni dəqiqləşdirməkdən ötrü "köhlən atlar"ın baş direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq. O, "Football-plus.az"a açıqlamasında bunları söylədi:
"Bu istiqamətdə danışıqlar davam edir. Hələ heç nə dəqiq deyil. Bazar ertəsi bütün məsələlər həllini tapacaq. Bundan sonra ictimaiyyəti məlumatlandıracağıq".
İLKİN SULTANLI



