Dünən Portuqaliyanın “A Bola” nəşrində “Qarabağ”la bağlı maraqlı informasiya dərc olundu.
Sən demə, “köhlən atlar” “Maritimu”nun oyunçusu Diderik Joellə maraqlanır. Komandası aşağı liqaya düşdüyündən kamerunlu forvard karyerasını başqa ölkədə davam etdirmək istəyir. Xəbərdən həmçinin “Qarabağ”ın həm kluba, həm də oyunçuya təklif göndərdiyi vurğulanıb. Son qərarı Madeyra təmsilçisinin verəcəyi diqqətə çatdırılıb. Məlumatın nə qədər doğru, nə qədər yanlış olduğunu aydınlaşdırmaqdan ötrü “köhlən atlar”ın mətbuat xidmətinin əməkdaşı Elvar Quliyevlə əlaqə saxladıq. Klub rəsmisi məsələ ilə bağlı “Football-plus.az”a açıqlamasında bunları söylədi: