Elxan Əsədov qurumun yeni prezidenti seçilər-seçilməz Şahgəldiyevi PFL-in vitse-prezidenti postuna təyin etdi. Yeri gəlmişkən onu da qeyd edək ki, bu təyinata kimi PFL-də vitse-prezident ştatı olmayıb.
Maraqlıdı, Aslan bəyin vitse-prezident təyin olunmasından sonra qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri kim olacaq?
Bu məsələyə aydınlıq gətirmək üçün PFL-in yeni vitse-preidenti ilə əlaqə saxladıq. Aslan bəy Football-plus.az-a açıqlamasında bunları söylədi:
“Yəqin ki, Elxan müəllimin açıqlaması ilə tanışsız. Orda bildirib ki, PFL-də kadr və struktur dəyişikliyi olacaq, o cümlədən bizim strukturda da. Konkret adla bağlı hələ ki, heç bir söz deyə bilməyəcəm. Ola bilər, fərqli idarəetmə olsun, ola bilər belə də davam etsin. Müəyyən planlarımız var. O barədə düşünürük, yazırıq. Təkmişləşdirib müzakirə etdikdən sonra ictimaiyyətə açıqlayacağıq”.
RƏŞAD



