“Neftçi” yeni məkana köçür? - AÇIQLAMA

6.06.2023 19:30 635
Premyer-liqa / Manşet
“Errea” ilə tərəfdaşlıq müqaviləsi bağlayarkən “Neftçi”nin prezidenti Kamran Quliyev flaqmanın gələcəyi ilə bağlı müəyyən fikirləri ictimaiyyətə açıqladı. Onun “növbəti mövsüm tam fərqli “Neftçi” görəcəksiz” deməsi bir siqnal idi.


Sən demə, “Neftçi”də dəyişiklik ancaq heyətlə bağlı olmayacaq. Klub BOS-a köçəcək. Belə ki, “ağ-qaralar”ın rəhbərliyi bu arenada məskunlaşacaq. Bundan əlavə, əsas komandanın məşqləri də orda keçiriləcək. Maraq üçün qeyd edək ki, “Neftçi”nin akademiyasının komandaları növbəli şəkildə BOS-da hazırlaşır.
Məsələ ilə bağlı klubun mövqeyini öyrəndik. “Ağ-qaralar”ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev “Football-plus.az”a açıqlamasında bunları söylədi:

“Hələ ki bu barədə heç nə bilinmir. İnzibati binanın sırf ora köçürülməsi nəzərdədi. Əsas komandanın məşq yeri üçün təlim-məşq bazamız var. Böyük ehtimalla hazırlığı burda da keçəcəyik. Bur məsələ, sadəcə, inzibati bina ilə bağlıdı. Hazırda klubun inzibati binasının olduğu yer o qədər də əlverişli deyil. Bu mənada BOS-a köçmək planda var. Sadəcə, rəhbərlik ordakı şəraitlə tanış olub. Lakin konkret qərar verilnməyib”.


İLKİN SULTANLI