“Neftçi”nin Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşməyib, Regekampf isə Rumıniyada dincəlir

9.06.2023 17:01 349
Aktual / Ölkə futbolu
Azərbaycanda futbol mövsümü bitsə də, “Neftçi”də vəziyyət hələ də gərgindi. “Ağ-qaralar”da konkret nəsə bilinmir. Kuluarlarda gəzən söz-söhbətə görə, klubda həm rəhbərlik, həm də baş məşqçi dəyişikliyi olacaq. Lakin bununla bağlı qərarı Müşahidə Şurası verəcək. Qurumun iclasının yaxın günlərdə keçirilməsi gözlənilir.

Görəsən, iclasla bağlı dəqiq qərar verilib? Ümumiyyətlə, Laurentsiu Regekampf hazırda hardadı? Bakıda “Neftçi” ilə bağlı planlar qurur, yoxsa istirahətdədi? Azarkeşlər arasında maraq doğuran əsas məqamlardan biri də Emin Mahmudovun komandada qalıb-qalmayacağıdı. Gördüyünüz kimi, flaqmanla bağlı həllini gözləyən məsələ çoxdu.

"Football-plus.az" olaraq bu suallara aydınlıq gətirməsi üçün klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq:

“Emin Mahmudovla yeni müqavilə bağlayıb-bağlamayacağımızla bağlı yenilik yoxdu. Dəyişiklik olan kimi gizlətməyəcəyik, ictimaiyyətə açıqlama verəcəyik. Regekampf isə hazırda Rumıniyadadı. Öz ölkəsində istirahət edir. Müşahidə Şurasının iclasına gəlincə, hələ ki bununla bağlı konkret xəbər yoxdu”.


İLKİN SULTANLI