Karri özünü hamıdan güclü sayır

25.08.2023 23:51 200
İdman
“Qolden Steyt”in oyun qurucusu Stefen Karri özünü basketbol tarixinin ən yaxşı 1 nömrəsi sayır:
“Özümü tarixin ən yaxşısı sayırammı? Bəli. Mən və ya Mecik Conson”.


“Football-plus.az” xəbər verir ki, 35 yaşlı amerikalı MBA-nın sabiq oyunçusu Gilbert Arenasla söhbətdə əlavə edib ki, belə suallar basketbolun bir hissəsidi və o, fərqli cavab verə bilməz. Bir müddət əvvəl “Leykers”in sabiq oyunçusu Şakil О`Nil Karrini tarixin ən nəhəng oyun qurucusu aldlandırmış, “Uorriorz”un baş məşqçisi Stiv Kerr isə onu Maykl Cordanla müqayisə etmişdi.