Slovakiyanın Trençin şəhərində Marian Hossanın vida oyunu keçirilib.
“Football-plus.az” xəbər verir ki, 6150 azarkeşin izlədiyi oyunda 44 yaşlı hücumçunun dostlarından ibarət iki komanda qarşılaşıb. “Ağlar” “qaralar”ı 10:9 hesabıyla məğlub edib. Hossa hər iki komandanın heyətində görünüb və qollar vurub.
Hossa “Çikaqo”nun heyətində Stenli kubokunun üçqat qalibi olub. 2020-ci ildə onun adı Torontodakı hokkeyin Şöhrət zalına salınıb.
Sağlıq durumundakı problemlər üzündən 2017-ci ildən bəri oynamayan məşhur hokkeyçi karyerasını rəsmi şəkildə ötən ilin aprelində bitirib. MHL-in müntəzəm çempionatında ümumilikdə 1309 oyun keçirən Hossa 1134 (525+609) xal toplayıb. Pley-offda keçirdiyi 205 oyunda isə 149 (52+97) xalla yadda qalıb. Hücumçu “Çikaqo” ilə yanaşı, “Atlanta”, “Pittsburq”, “Detroyt” və “Çikaqo”nun da şərəfini qoruyub.