Minifutbol yığmamız dünya reytinqində irəliləyib

16.06.2023 16:34 395
Ölkə futbolu
Dünya Minifutbol Federasiyası (WMF) Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatından öncə milli komandaların reytinq cədvəlini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, son Avropa çempionatının qalibi olan yığmamız 5-ci pilləyə yüksəlib. Millinin aktivində 2000 xal var.

Reytinq cədvəlinə 3550 xalla son dünya çempionu Meksika başçılıq edir. Çexiya (2800) ikinci, Rumıniya (2475) isə üçüncü pillədə qərarlaşıb.