Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya üzrə klubların yeni reytinq cədvəlini açıqlayıb.
"Football-plus.az" qurumun saytına istinadən xəbər verir ki, siyahıda 307 klub yer alıb. Onların arasında Azərbaycan təmsilçisi "Qarabağ" da var. Ağdam klubu ötən ayla müqayisədə 7 pillə irəliləyib və 149 xalla 62-cidir. Eyni xala Argentinanın "Talyeres" (Kordoba) klubu da sahibdir.
Sıralamaya Braziliya "Flamenqo"su (313 xal) liderlik edir. "Real" 2-ci (308 xal), Palmeyras" isə 3-cüdür (263 xal). "Benfika" 4-cü yeri tutur (247 xal). "5-liy"i "Liverpul" tamamlayır (245 xal).