"Football-plus.az" mövzuyla bağlı əlaqə saxladığı "qartallar"ın sözçüsü Elmar Abdullazadə Məqsədi belə müdafiə etdi:
"Məqsədin etdiyinə kobud səhv deməzdim. Sadəcə, futbolçu topu uzaqlaşdırmaq istəyərkən rəqib futbolçunun ayağına düşdü. Ümumi götürəndə futbolda bunlar normal haldı. Məqsədin karyerasında belər səhvlər edib-etmədiyini deyə bilmərəm. Amma "Zirə"də ilk dəfədi".
ABDULLA İSMAYILOĞLU





