“Araz-Naxçıvan” futbolçusunu icarəyə vermək niyyətindədi.
Klubdaxili mənbədən “Football-plus.az”a daxil olan məlumata görə, söhbət qapıçı Şahin Zəkiyevdən gedir.
Belə ki, Vüsal Şabanov və Semir Bukviçdən sonra Kristian Avramı da transfer edərək heyətdəki qapıçı sayını artıran komanda Şahinə gələn təklifləri dəyərləndirməyə başlayıb. Qolkiper tezliklə 1-ci liqa klublarından biriylə müqavilə bağlayacaq.
KƏNAN BAHADIR