Uebber: “Adamlara Ferstappenin dominantlığını anlamaq çətindi”

20.08.2023 19:51 247
İdman
Sabiq “Formula-1” pilotu Mark Uebber “Red Bull”un pilotu Maks Ferstappenin ardıcıl qələbə sayına görə rekorda çata biləcəyi haqda xəbərləri şərh edib.
"Football-plus.az" xəbər verir ki, xatırladaq ki, Sebastyan Fettel ilə Alberto Askari ardıcıl 9 mərhələnin qalibi olub. Ferstappenin hesabında 8 belə qələbə olduğuna görə hər kəs avqustun 24-27-si aralığında keçiriləcək Niderland “Qran-pri”sinin nəticəsini böyük maraqla gözləyir:
“Yalnız maşınının etibarlılığı ilə bağlı problem buna mane ola bilər. Düşünürəm ki, bütün dünya Maksın Zandvortdakı mərhələdə necə qalib gələcəyini görmək istəyir. O, bu mərhələni qazanmalıdı, belədə rekordçulara çatacaq. Düşünürəm ki, adamlara Ferstappenin indiki dominantlığının səviyyəsini, bunun üçün nə qədər çalışmaq lazım olduğunu anlamaq çətindi”.