Bundesliqada iki rekord müəyyən etdi

11.09.2022 13:45 319
Dünya futbolu
Almaniya çempionatının 6-cı turunun “Bavariya” – “Ştutqart” matçında (2:2) yeni rekordlar qeydə alınıb.

Ev sahiblərinin oyunçusu Matis Til bundesliqada Münhen klubunun iki rekordunu müəyyən edib. O, 17 yaş 136 günlüyündə “Bavariya”nın ölkə çempionatının oyununda start heyətində meydana çıxan ən yeniyetmə futbolçusu olub. 36-cı dəqiqədə hesabı açan fransalı hücumçu komandasının tarixinə bundesliqada qol vuran ən yeniyetmə oyunçu kimi düşüb.