“Liverpul”da yaponiyalı futbolçu

19.08.2023 23:33 217
Dünya futbolu
Bu yay “Liverpul”a daha bir yeni oyunçu qoşulub. Vataru Endo artıq bu klubun formasını geyir.

"Football-plus.az" xəbər verir ki, yaponiyalı futbolçu artıq tibbi baxışdan keçərək “Liverpul” ilə müqavilə imzalayıb.

Anlaşmanın müddətinə aydınlıq gətirilməyib: Vatarunun uzunmüddətli sözləşməyə qol çəkdiyi bildirilib. İngiltərə klubunun 30 yaşlı yarımmüdafiəçiyə görə “Ştutqart”a 19 milyon avro ödəyəcəyi də bildirilib.

Yeni klubunda “3” nömrəli formanı daşıyacaq Endo “Ştutqart”da 2019-cu ildən çıxış edirdi. Almaniya klubu ona görə “Sent Trüden”ə 1,7 milyon avro ödəmişdi.