“Atletiko”da ciddi itki

17.08.2023 23:51 176
Dünya futbolu
“Atletiko” ciddi itki ilə üzləşib.

"Football-plus.az" xəbər verir ki, madridlilərin oyunçusu Koke müəyyən müddətə sıradan çıxıb. O, La Liqanın 1-ci turunun “Qranada” ilə oyunundan (3:1) əvvəl isinmə hərəkətləri edərkən zədə alıb. Buna baxmayaraq, meydana çıxan yarımmüdafiəçi yalnız 7 dəqiqə oynaya bilib. Kokenin təxminən bir ay oynaya bilməyəcəyi proqnoz verilir.