Paytaxt komandasında ciddi itki

22.10.2022 19:56 367
Dünya futbolu
“Atletiko”nun kapitanı Koke zədələnib.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bud nahiyəsindən xəsarət alıb. O, ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. İspaniyalı oyunçu “Rayo Valyekano”, “Betis”, “Bayer-04”, “Kadis”, “Portu” və “Espanyol”la matçlarda iştirak edə bilməyəcək.

Buna baxmayaraq, Koke DÇ-2022-də oynaya biləcək. Qeyd edək ki, o, bu mövsüm La Liqanın 9 oyununda 2 qolun ötürməsini verib.