10-cu komanda da müəyyənləşdi

17.08.2023 11:55 224
İdman
Oktyabrda start götürəcək kişi basketbolçular arasında ölkə çempionatının 10-cu iştirakçısı da müəyyənləşdib.

"Football-plus.az" xəbər verir ki, bu, Bakı təmsilçisi “Baku Qesko”du. Debütantı türkiyəli mütəxəssis Murat Dikmən çalışdıracaq.

Qalan 9 komandanın adını qəzetimizin ötən saylarında xəbər vermişdik. Bunlar “Sabah”, NTD, “Xırdalan”, “Sərhədçi”, “Neftçi” (hamısı Bakı), “Gəncə”, “Zirvə” (Cəlilabad), “Olimpik” (Şəki) və “Sumqayıt”dı.