• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurbanınız avrokuboklar olsun... – KÖŞƏ

Premyer-liqa / Yazarlar / Konfrans Liqası

14-08-2023, 19:0

“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov “Beşiktaş”la oyundan az sonra “feysbuk” hesabında status paylaşıb.

Görməyənlər üçün həmin statusu burda qeyd edirəm: “Kaş ki, birinci hissədəki oyun ikinci hissədəki kimi olaydı”.

Cənab Mahmudovun tam olaraq nə demək istəməsini anlamasaq da, təxmin etmək çətin deyil. “Neftçi” birinci hissədə “Beşiktaş”ın qarşısında əməlli-başlı aciz görünürdü. Mən vurulan iki qolu bir kənara qoyuram. “Qara qartallar” birinci hissədə düz yeddi dəfə künc zərbəsi yerinə yetiriblər. Bu rəqəmin özü belə İstanbul təmsilçisinin “Neftçi”nin qapısına doğru hansı səviyyədə təzyiq etməsinin, necə böyük güclə irəli atılmasının göstəricisidi.

Burda bir haşiyə çıxıram. Əvvəllər Türkiyə klubları “böyük beşlik” ölkələrini təmsil etməyən, Avropada elə də məşhur olmayan rəqiblərinə yuxarıdan aşağı baxır, onları “köy takımı” adlandırırdı. Sizin də yadınıza gələr, bir vaxtlar “Qalatasaray” Norveçin “Tromse” komandasına uduzmuşdu. Qardaş ölkənin mətbuatı yeri-göyü dağıdırdı, “sarı-qırmızılar”ı ağ yuyub, qara sərirdi. Bu “göylə getməyin” axırı o oldu ki, Türkiyə təmsilçiləri Avropa kuboklarında məğlubiyyətləri sıralamağa başladılar, çox ciddi şəkildə reytinq itirdilər. Elə bunun da nəticəsidi ki, “Fənərbaxça”, “Beşiktaş”, “Qalatasaray” avrokuboklarda mübarizəyə xeyli erkən mərhələlərdən başlayır. Qısa müddət ərzində “Neftçi”nin “Qalatasaray”la “Beşiktaş”a rəqib olması da elə bundan xəbər verir. Vəziyyət o həddə gəlib çatıb ki, Türkiyə çempionu Çempionlar Liqasında qrup mərhələsində oynamaq üçün uzun bir yol keçir, xeyli mərhələ atlayır. Necə ki, son çempion “Qalatasaray”ın yolu bu mövsüm Litvadan başlayıb.

Görünən odu ki, belə vəziyyət Türkiyə klublarını narahat edir, onlar işi ciddiyə almağa başlayıblar. “Fənərbaxça” iki oyunda Moldova “Zimbru”sunun qapısından 9 cavabsız top keçirdi. Baxmayaraq ki, ilk oyunda mərhələnin taleyi həll olunmuşdu, ikinci görüşdə də İsmayıl Kartal rəqibi ciddiyə aldı, birinci hissədə “Zimbru”nun nəfəsini kəsən “sarı-lacivərdlilər” fasilədən sonra vurduğu 4 qolla böyükhesablı daha bir qələbə qazandı. Elə “Beşiktaş”ın “Tirana” ilə keçirdiyi o oyunlarda da oxşar mənzərəni gördük. Bakıdakı qarşılaşma da həmin ssenarinin davamıdı. Şenol Günəş başda kamerunlu ulduz futbolçu Vensan Abubakar olmaqla Bakıya döyüşkən heyət gətirmiş, elə start heyətini də işi şansa buraxmadan qurmuşdu. Futbolçular ilk saniyələrdən irəli atılmaq, “Neftçi”nin işini mümkün qədər tez bitirmək” tapşırığı almışdılar. Nəticə də gözümüzün önündədi. Brkiçin qorumağa çalışdığı qapıya 45 dəqiqəyə vurulan iki cavabsız qol, yeddi künc zərbəsi, hələ neçə-neçə qaçırılan şans...

Fərrux bəy deməsə də, etiraf etməsə də, biz bilirik ki, “Beşiktaş”ın ikinci hissədə bir qədər yavaşlamasının səbəblərindən biri budu. Bu həftə Türkiyə superliqası da start götürür. Belədə Şenol Günəşin yetirmələri özlərini Bakının isti havasında daha çox “həlak etmək”, hədsiz güc itirmək istəmirdilər. Ondan sonra bu gücün bərpa edilməsi də var axı. Sağ olsun, “Neftçi”nin yeni transferi Ervin Koffi onlara üçüncü qolu vurmaq üçün də şərait yaratdı, məhsuldar ötürmə verdi. Bundan sonra qonaqların işi daha da asanlaşdı. Futboldan az-çox baş çıxaran hər kəsə meydanda başverənlərin ardıcıllığı, onların səbəbləri aydındı. Mən çox təəssüf edirəm ki, dəyərli, futboldan baş çıxardıqlarını düşündüyüm “Neftçi” azarkeşləri dağ boyda acı həqiqətləri bir kənara qoyaraq, Azər Salahlının üstünə düşüblər. Azərin meydanda ayağının burxulmasından tutmuş, onun rəqib futbolçularla toqquşmasına qədər hər bir detal azarkeşlərin diqqətini cəlb edir. Sanki azərbaycanlı balası Azər təkbaşına “Neftçi”nin bütün yükünü çəkməli, legionerlərin də əvəzinə oynamalıdı.

Məğlubiyyətin səbəbi ayrı-ayrı futbolçular deyil, kompleks problemlərdi. “Neftçi” yeni mövsümün hazırlığında, yeni komandanın qurulmasında gecikib. Sankt-Peterbuqrda keçirilən məlum turnir təlim-məşq toplanışını əvəz edirdisə, komanda ora yeni baş məşqçi, yeni transferlər ilə getməliydi. İqor Getmanla Vadar Nuriyevin rəhbərliyi altında, kimin gedəcəyi, kimin qalacağı bilinməyən heyətlə yox. Qızıldan qiymətli zaman itiriləndə “Neftçi”yə rəhbərlik edənlər Sərgən Yalçın üçün özəl təyyarə sifariş edir, onunla danışıq aparmaqla məşğul olurdular. Avrokuboklar, ölkə çempionatı başlayıb, Mutu isə “indiki komanda qurmaq istədiyimin 30 faizidi” deyir.

Yeri gəlmişkən, bir gün əvvəl “60 faizidi” deyirdi. Burdan başlayın, cənablar. Etiraf edin ki, qatar gedib. Təki premyer-liqada arzuladığınız nəticələri qazanasız, onsuz da avrokubokları qurban vermisiz.

AMAL

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

4-08-2023, 15:0

"Neftçi" - "Beşiktaş" oyununun məkanı müəyyənləşdi

Ölkə futbolu

4-08-2023, 14:0

"Arenamızın adı "Neftçi Arena" oldu" - Fərrux Mahmudov

Aktual / Ölkə futbolu

11-08-2023, 12:0

Məşhur meyxanaçı azərbaycanlı “Beşiktaş” azarkeşlərini təhqir etdi

Konfrans Liqası

8-08-2023, 11:0

"Neftçi" - "Beşiktaş" matçında bu azarkeşlər kənarlaşdırılacaq - XƏBƏRDARLIQ

Ölkə futbolu

14-08-2023, 17:0

“Neftçi”nin baş icraçı direktoru Boris Xetaqurovu təbrik etdi

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə