İsgəndərli oynadı, komandası heç-heçə etdi

13.07.2023 20:51 438
Ölkə futbolu / Manşet / Konfrans Liqası
Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.

“Football-plus.az” xəbər verir ki, həmyerlimiz Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya “Eqnatiya”sı Ermənistan “Ararat Armenia”sının qonağı olub - 1:1. Millimizin hücumçusu matça 59-cu dəqiqədə daxil olub və sonadək meydanda olub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-də keçiriləcək.