Boatenq azarkeşləri kababa qonaq edəcək

9.07.2022 16:39 347
Dünya futbolu
Kevin-Prins Boatenq yeni mövsümü də “Herta”da keçirəcək.

O, rəhbərlikdən təklif almasına hədsiz sevinib.

Görünür, təcrübəli futbolçu boslardan bunu gözləmirmiş. Ona görə də klubla müqaviləsinin yenilənməsi şərəfinə qeyri-adi qərara gəlib. Yarımmüdafiəçi Almaniya klubu ilə yeni - birillik müqavilə imzalayıb. 35 yaşlı Kevin-Prins bu münasibətlə berlinlilərin 2023 azarkeşini pulsuz kababa qonaq etmək qərarına gəlib. Futbolçu kababları “Hakiki” köşkündən sifariş edib.

Pulsuz kababların paylanması “Herta”nın bundesliqanın yeni mövsümündə keçirəcəyi ilk oyunundan bir gün əvvələ nəzərdə tutulub. Berlinlilər avqustun 6-da paytaxt derbisində “Union”la qarşılaşacaqlar.