Frank Kessye “Barselona”nı tərk edib.
"Football-plus.az" xəbər verir ki, afrikalı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Yarımmüdafiəçi “Əl-Əhli”yə keçib. İspaniya klubunun mətbuat xidmətinin yaydığı məlumatda “Əl-Əhli”nın “Barselona”ya 12,5 milyon avro ödəyəcəyi qeyd edilib.
Kessye “Barselona”ya ötən ilin yayında “Milan”dan ayrılaraq keçmişdi. O, kataloniyalıların heyətində 43 rsəmi matçda meydana çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.