Nəhayət, Usman Dembele “Barselona”nın yeni mövsümə hazırlıq prosesinə qoşulub.
"Football-plus.az" xəbər verir ki, amma onun üçün ilk gün çətin keçib. “Sport” nəşrinin məlumatına görə, fransalı hücumçu məşqdən əvvəl komandanın azarkeşləri tərəfindən təhqir olunub. Fanatlar onun PSJ-yə keçəcəyi ilə bağlı yayılan xəbərlərdən narazı olduqları üçün bu addımı atıblar. Paris klubunun 26 yaşlı futbolçu ilə razılığa gəldiyi bildirilir.
Usman ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.