İyunda getmişdi, bu gün qayıdır

12.08.2023 13:30 1 524
Yığma / Manşet
Bu gün Misli premyer-liqasında 2-ci tura start verilir.

"Football-plus.az" xəbər verir ki, maraqlıdı ki, əsas millinin baş məqşçisi Canni de Byazini hələ də stadionlarda görməmişik. Xatırlayırsızsa, italiyalı mütəxəssis iyunun 18-də, AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə oyunun (1:1) ertəsi günü Azərbaycanı tərk etmişdi. Ölkə çempionata start verilməsindən 8 gün ötməsinə baxmayaraq, geri dönməyib.

Görəsən, baş məşqçini nə vaxt yenidən iş başında görəcəyik? Bu sualı AFFA-nın mətbuat katibi Elnur Məmmədliyə ünvanladıq. Qurum rəsmisi saytımıza açıqlamasında Canni de Byazinin bu gün ölkəmizə təşrif buyuracağını bildirdi.

KƏNAN BAHADIR